Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Vahid Ələkbərovun sərvəti 5,9 milyard dollar artıb

Baxılıb: 822     Tarix: 01-08-2023 15:25   

Rusiyanın ən varlı biznesmenlərinin sərvəti cari ilin əvvəlindən 32 milyard dollar artıb.
Qanunvehedef.az verir ki, bu barədə məlumat "Bloomberg" agentliyinin nəşr etdiyi "Bloomberg Billionaires Index"də yer alıb.
Məlumata görə, sözügedən biznesmenlər arasında sərvətini ilin əvvəlindən ən çox artıran "Lukoyl" şirkətinin təsisçisi Vahid Ələkbərov olub. Belə ki, onun sərvəti 5,9 milyard dollar artaraq 21,3 milyard dollar təşkil edib.
Sərvətini ən çox artıran digər biznesmen isə "Novolipetsk" Dəmir və Polad Zavodunun (NLMK) direktorlar şurasının sədri Vladimir Lisin olub. Lisinin sərvəti ilin əvvəlindən 4,98 milyard dollar artaraq 24,8 milyard dollara çatıb.
Buna baxmayaraq, "Nornikel" şirkətinin prezidenti Vladimir Potanin ən varlı rusiyalı olaraq qalmağa davam edib. O bu dövr ərzində sərvətini 1,23 milyard dollar artsa da, onun ümumi sərvəti 29,8 milyard dollar təşkil edir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar