Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Ermənistan hakimiyyəti Azərbaycanla sülhdə maraqlı deyil”

Baxılıb: 651     Tarix: 07-08-2023 11:56   

“Ermənistan hakimiyyəti tərəfindən formalaşdırılmış və hazırda da davam etdirilən Azərbaycanofobiya siyasətinin nəticələri sosial şəbəkələrdə erməni istifadəçilərin şərhlərində özünü daha qabarıq şəkildə göstərməkdədir”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın sosial şəbəkə hesabındakı paylaşımında yer alıb.
“Son zamanlar müxtəlif əsassız bəyanatlar verilməsi, erməni mətbuatında və sosial şəbəkə seqmentində təbliğat yolu ilə ermənilərdə Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı qatı mənfi fikirlər formalaşdırılması, sülh və birgəyaşayışın mümkün olmamasına dair fikirlərin ortaya atılması Ermənistan hakimiyyətinin Azərbaycanla sülh əldə edilməsində maraqlı olmadığını göstərir.
Hesab edirik ki, xüsusilə hazırkı postmüharibə dövründə xalqlar arasında nifrətin qızışdırılması, nifrət nitqinin geniş yayılması, insanların etnik mənsubiyyətinə görə alçaldılması kimi hallar yolverilməzdir və bu tendensiyaların qarşısının alınması üçün zəruri addımlar atılmalıdır”, - deyə paylaşımda bildirilir.





{sape_links}{sape_article}