Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

"BİZDƏN ƏVVƏL PUTİN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIYIB" - Simonyandan növbəti etiraf

Baxılıb: 850     Tarix: 02-09-2023 12:29   

Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai Televiziyaya müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Laçın yolu ilə bağlı son açıqlamalarını absurd adlandırıb.
"Mən bu bəyanatı gördüm və orada deyilir ki, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, absurddur, çünki qarant olmalı olan ölkə, yəni Rusiya tərəfi də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”, - deyə Simonyan bildirib.
O, Rusiya Prezidenti Vladimir Putinin 17 noyabr 2020-ci il tarixli müsahibəsində Qarabağın tam olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğunu dediyini xatırladıb.
“Deyək ki, erməni tərəfi hansısa bəyanatla çıxış edib, amma 10 noyabr 2020-ci il tarixli bəyanat var ki, orada üç ölkənin imzası var, orada Laçın yolunun eni 5 km olan ərazi olduğu, onun Rusiya sülhməramlılarının nəzarətində olduğu bildirilir. İndi sual olunur: bu ərazi kimin nəzarəti altındadır və Rusiya sülhməramlıları haradadır?”, - deyə Simonyan əlavə edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}