Xəbər lenti
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arif Babayevin yerinə Mənsum İbrahimov təyin edildi

Baxılıb: 615     Tarix: 07-09-2023 13:48   

Xalq artisti Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsinə təyin olunub.
Bu haqda Axşam.az-a açıqlamasında xanəndə özü bildirib. O qeyd edib ki, sentyabrın 5-dən vəzifəsini icra etməyə başlayıb:
"Ölkəmizdə muğama hər zaman diqqət ayrılıb. Buna görə Birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Mən də bir əsgər kimi muğama hər zaman xidmət edəcəyəm. Bu vəzifəni məndən əvvəl Xalq artisti Arif Babayev icra edirdi. Hazırda səhhəti ilə bağlı bəzi problemləri var. Ona görə də mənə həvalə olundu. Ötən gün Arif Babayevin evinə getdim, xeyir-duasını aldım. Arif Babayev hər zaman olduğu kimi konservatoriyamızın professoru olaraq qalır. Konservatoriyada təhsil üçün bütün şərait var. Bu etimadı mənə göstərdiyi üçün Siyavuş Kərimiyə ( Azərbaycan Milli Konservatoriyasının rektoru - red.) təşəkkür edirəm. Ölkəmizin bütün istedadlı xanəndələri universitetimizdədir".
Qeyd edək ki, M.İbrahimov bu günə kimi Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi kollecinin müəllimi kimi çalışırdı.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar