Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakıdakı vəzifəsindən çıxdı, Naxçıvanda nazir təyin edildi

Baxılıb: 1 191     Tarix: 08-09-2023 11:44   

Naxçıvan Muxtar Respublikasında rabitə və yeni texnologiyalar naziri təyin edilib.
Qanunvehedef.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamı ilə Rahid Ələkbərli bu vəzifəyə təyin olunub.
Bildirilib ki, Rahid Ələkbərli əslən Şahbuz rayonundandır. O, yeni təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb.
R.Ələkbərli daha əvvəl ADA Universitetində informasiya texnologiyaları və sistemləri üzrə rəhbər, 2018–2021-ci illərdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəhbəri, 2021-ci ilin martından 2022-ci ilin yanvarına qədər nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri, 2022-ci ildə təsis edilən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib.

Əbdülqəni Hüseynov
Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar