Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

5 gün əvvəl 2 milyon manatlıq tenderi udan şirkəti bu dəfə FHN qalib etdi - Sahibi görün kimdir

Baxılıb: 823     Tarix: 13-09-2023 12:57   

Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsinin "Fövqəladə Hallar Nazirliyinin Aparatının Baki şəhəri M.Muşfiq küçəsi, 501-ci məhəllə ünvanında yerləşən inzibatı binasında cari təmir işləri" ilə bağlı elan etdiyi tender başa çatıb.
32gun.az xəbər verir ki, tenderin qalibi "B.R.İ.S. Consulting" MMC olub. Tərəflər arasında 107.001,22 AZN-lik müqavilə imzanacaq.
Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan "B.R.İ.S. Consulting" MMC-nin qanuni təmsilçisi BƏXTİYAR HACIYEV VAHİD OĞLUdur.
Qeyd edək ki, bir neçə gün öncə "B.R.İ.S. Consulting" MMC Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı şəhəri və respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satın alınması ilə bağlı tenderdə qalib gəlib. Təmir işlərinə 2 112 542,01 AZN xərclənəcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovdur. FHN-nin Əsaslı Tikinti İdarəsi rəisi Rüfət Ağa-zadədir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar