Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda “Heydər Əliyev və Türkiyə Yüz İli” adlı tədbir keçiriləcək

Baxılıb: 1 484     Tarix: 18-09-2023 16:56   

Türkiyə-Azərbaycan Yüzüncü İl Platformasının Təşkilat Komitəsinin təşkilatçılığı ilə sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında “Heydər Əliyev və Türkiyə Yüz İli” adlı tədbir keçiriləcək.
Qanunvehedef.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli Sərəncamının bir illiyinə, eyni zamanda, qardaş Türkiyə Prezidenti Ərdoğanın “Türkiyə Yüz İli” vizyonuna həsr olunacaq.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüzüncü İl Platforması (TAYİP) qardaş Türkiyə parlamentinin çoxsaylı deputatları, müxtəlif qurum rəhbərləri, eyni zamanda, ali təhsil müəssisələrində fəaliyyət göstərən nüfuzlu elm adamlarının məsləhətləri və fəxri üzvlükləri əsasında yaradılıb.
Platformanın qarşıya qoyduğu əsas məqsədlər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının və qardaş Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr ediləcək tədbirlərin təşkili xüsusilə təqdirəlayiqdir.
Əbdülqəni Hüseynov
Qanunvehedef.az
шаблоны для dle 11.2



buy yes2win seo ranking