Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ilk olaraq bu tədbir Azərbaycan keçirir.

Baxılıb: 1 063     Tarix: 26-09-2023 13:09   

“Hazırda dünyanın 20 şəhərində “Azərbaycan evi” fəaliyyət göstərir. 2025-ci ilə qədər bu mərkəzlərə dəstəyimizi davam edəcəyik. Mərkəzlər təkcə Avropada deyil, Orta Asiya ölkələrində də fəaliyyət göstərir”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Komitənin və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” tədbirində danışıb.
“Mədəniyyət hər bir xalq üçün təməli məsələdir. Heydər Əliyev Fondu, Mehriban Əliyeva xaricdəki soydaşlarımıza həmişə dəstək olurlar. “Azərbaycan evi” və “Qarabağ məktəbi” layihələrimiz buna nümunədir”, - F.Muradov bildirib.
200-300 il ərzində Azərbaycanın ilk dəfə öz suverenliyini tam olaraq bərpa etdiyini vurğulayan komitə sədri ulu öndər Heydər Əliyevin həmişə böyük türk dünyası ilə bağlı siyasət apardığını diqqətə çatdırıb: “O, bütün xarici səfərlərində Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Hələ sovet dövründə türk dünyasının necə böyük güc sahibi olmasını vurğulayıb. TÜRKSOY-un məhsuldar fəaliyyətini həmişə yüksək qiymətləndirib.  
Ötən ilin dekabrında türk dövlət başçılarının Şuşada görüşü zamanı diaspor gənclərinin də forumunun həyata keçirilməsi qərara alınıb. Azərbaycan ilk olaraq bu tədbiri keçirir. Gələcəkdə növbəti dövlətlərdə də belə tədbirlər keçiriləcək”.

Fuad Muradov bildirib ki, bu il ərzində bizim diaspor 100-dən çox piket və mitinq həyata keçirib: "Bizim bu gün əsas məsələmiz məhz Ermənistanın, xüsusilə də separatçı rejimin döşədiyi mənalarla Azərbaycana vurduğu ziyanla bağlıdır. Bu barədə biz üç ilə yaxındır ki, BMT-nin müxtəlif qurumlarına müraciət edirik, bu müraciətlər artıq sənəd kimi qəbul olunub”.

Tədbirdə iştirak edən deputat Adil Əliyev qeyd edib ki, qazandığımız tarixi zəfərin hərəkətverici qüvvəsi gənclərdir:
“Savadlı, mənəvi və fiziki sağlam Azərbaycan gəncliyi böyük fədakarlıq və qəhrəmanlıqlar hesabına torpaqlarımızı işğalçılardan azad etdi.
Dünya 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri zamanı əsası ulu öndər tərəfindən qoyulan və İlham Əliyev tərəfindən inkişaf etdirilən gənclər siyasətinin möhtəşəm nəticələrinin bir daha şahidi olub.
Ölkəmizdə gənclər siyasəti və diasporla iş siyasəti Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il 2 fevral tarixində Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə gənclər forumu keçirilib. Bu tarixdən gənclər siyasəti davamlı inkişaf yoluna qədəm qoyub. Bir il sonra ulu öndərin sərəncamı ilə 2 fevral ölkəmizdə gənclər günü təsis edilib. Bu gün MDB dövlətləri və Şərqi Avropada ilk dəfə ölkəmizdə qeyd olunub. Bu sahədə münasibətlərin tənzimlənməsi məqsədilə Gənclər və İdman Nazirliyi yaradılıb. 2015-ci ildən etibarən Milli Məclisdə Gənclər və İdman Komitəsi təsis edilib vəkomitənin ilk sədri Fuad Muradov olub”.

Əbdülqəni Nüseynov
Qanunvehedef.az
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar