Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Şuşa və digər azad olunmuş ərazilərdə binaların bir hissəsi hazırdır”

Baxılıb: 460     Tarix: 27-09-2023 10:35   
 “Şuşa və digər işğaldan azad olunmuş ərazilərdə binaların bir hissəsi hazırdır”.
Qanunvehedef.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşanın icra başçısı Bayram Səfərov deyib.
İcra başçısı bildirib ki, Şuşa icra hakimiyyəti əvvəlki formada fəaliyyətini davam etidirir: “Əvvəl necə işləyirdiksə, indi də elə davam edirik. Tək Şuşa deyil, Şərqi Zəngəzurda, Ağdamda, Kəlbəcərdə Prezidentin təyin etdiyi nümayəndələr var. Onlar verilmiş tapşırıqları icra edirlər. Biz də əvvəllər olduğu kimi Bakı şəhərindən fəaliyyətimizi davam etdiririk”.
Onun sözlərinə görə, Şuşaya qayıdışla bağlı işlər aparılır: “Bildiyiniz kimi, müəyyən rayonlarımıza qayıdış başlayıb. Növbəli şəkildə o biri rayonlarımıza, o cümlədən Şuşaya da qayıdış başlayacaq. Ermənilər işğal dövründə ərazilərimizi pis günə qoyublar. Möhtərəm Prezidentimizin tapşırığı ilə irimiqyaslı işlər görülür. Gərək binalar tikilə ki, insanları köçürə bilək. Məktəb hazırdır, binaların bir hissəsi hazırdır. Ermənilər yol kəsir, mina basdırır. Bu da qayıdışın gecikməsinə səbəb olur”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar