Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Vergi siyasəti əsas iqtisadi tənzimləmə alətlərindən biri olacaq”

Baxılıb: 491     Tarix: 15-02-2024 11:06   

“Bu gün iqtisadiyyatımız qarşısında duran yeni çağırışlar göstərir ki, vergi siyasəti qarşıdakı dövrdə iqtisadi siyasətin həyata keçirilməsində əsas iqtisadi tənzimləmə alətlərindən biri olacaq”.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda bildirib.
Xidmət rəisi qeyd edib ki, 2023-cü ili DVX üçün uğurlu il adlandırmaq olar:
“Xidmətin üzərinə düşən fiskal öhdəliklərin icrası təmin edilib, dövlət büdcəsinə 16,1 milyard manatdan çox vergi daxilolması səfərbər edilib. 2023-cü ildə həm iqtisadi artımın, həm də şəffaflaşma tədbirlərinin davam etməsi şəraitində nəzərdə tutulandan əlavə 1,1 milyard manat daxilolma təmin olunub.
Son 5 ildə aktiv vergi ödəyiciləri və aktiv obyektlərin artımı davam edib. Vergi islahatlarının başlandığı 1 yanvar 2019-cu ildən bəri təkcə aktiv vergi ödəyicilərinin sayında 1,7 dəfə artım müşahidə olunub”.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar