Xəbər lenti
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Əli Əsədov: “Xarici ticarət dövriyyəmiz 45 milyard dollara çatıb”

Baxılıb: 1 390     Tarix: 15-03-2024 12:27   

“2023-cü ili əhatə edən hesabat dövründə də Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatlar, həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin edilib”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib.
Baş nazir qeyd edib ki, hesabat ilində ölkədə 123 milyard manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub: “Əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5% artaraq 12,1 min manat təşkil edib. 2023-cü ildə ÜDM istehsalı 2022-ci illə müqayisədə neft-qaz sektorunda 1,7% azaldığı halda, iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,7% artıb. Qeyri neft-qaz sənayesi 8% artıb. 2023-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 45 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 10,3 milyard dollar olub. Qeyri-neft ixracı 9,8% artaraq 3,3 milyard dolları üstələyib”.

Əbdülqəni Hüseynov
Qanunvehedef.az
шаблоны для dle 11.2