Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Nazir Rəşad Nəbiyevdən “SİMA İmza” haqda paylaşım

Baxılıb: 732     Tarix: 29-03-2024 11:18   

“Ölkəmizin rəqəmsal transformasiyasını sürətləndirən mühüm layihələrdən olan “SİMA İmza” mobil tətbiqinin istifadəçi sayı 1 milyonu ötüb”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev paylaşım edib.
Nazir qeyd edib ki, iki ildir istifadəyə verilmiş yeni nəsil rəqəmsal imza artıq E-gov, ƏMAS, Elektron Məhkəmə, “İnternet Vergi İdarəsi” portalı, “Smart Customs”, “Güzəştli mənzil”, Elm və Təhsil Nazirliyinin “Ali və Orta İxtisas Təhsil Alt Sistemi" portalı kimi bir çox dövlət xidmətlərinin, bankların sistemlərinə inteqrasiya edilib.
“Biometrik həllərə və süni intellektə əsaslanan, əl imzası ilə eyni hüquqi qüvvəyə malik və vətəndaşlar üçün pulsuz olan “SİMA İmza”nın əlçatanlığı əhalinin elektron imzaya olan marağını artırmaqda, ekosistemə müsbət təsirini göstərməkdədir. Hazırda milli brendimizin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır”, - deyə R.Nəbiyev əlavə edib.



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
buy yes2win seo ranking
Redaktor seçimi
Çox oxunanlar