ABŞ Prezidenti Co Bayden Trampa hücumla bağlı xalqa müraciət etdi
Baxılıb: 534 Tarix: 15-07-2024 10:42
ABŞ Prezidenti Co Bayden Ağ Evin keçmiş rəhbəri və prezidentliyə namizəd Donald Trampa sui-qəsdə cəhdlə bağlı xalqa müraciət edib.
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ lideri müraciətində amerikalıları siyasətdə zorakılıqdan imtina etməyə çağırıb:
“Siyasətimizdə hərarəti endirməliyik. Bu cür zorakılığın normaya çevrilməsinə yol vermək olmaz. Ölkəmizdə siyasi ritorika çox qaynar hal alıb. Onu soyutmaq vaxtıdır. Bunu etmək isə hamımızın məsuliyyətidir. Siyasət dinc debatlar arenası olmalıdır və zorakılıq heç vaxt cavab ola bilməz. Siyasi mübarizə heç vaxt əsl döyüş meydançasına çevrilməməlidir. Amerikada biz fikir ayrılığını seçki qutularında həll edirik. İndi bunu güllə köməyi ilə deyil, seçki qutularında etmək vaxtı çatıb”.
Bayden bununla yanaşı, Trampa tezliklə sağalmasını arzu edib.
Xatırladaq ki, 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. Onun zərərsizləşdirildiyi bildirilib. Hələlik onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər