Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Fərid Əhmədov vətəndaşları qəbul edəcək

Baxılıb: 889     Tarix: 02-12-2024 10:43   

Ədliyyə naziri Fərid Əhmədov dekabrın 13-ü Kürdəmir rayonunda Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayon sakinlərini qəbul edəcək.
Qanunvehedef.az xəbər verir ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 12 dekabr tarixinədək Göyçay regional ədliyyə idarəsinə (ünvan: Göyçay şəhəri Heydər Əliyev prospekti 30, əlaqə telefonu +994 20-274-13-10, +994 20-274-30-41) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilər. Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar