Xəbər lenti
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir

Baxılıb: 581     Tarix: 18-04-2025 11:14   

Azərbaycan və gürcü xalqları əsrlər boyu sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar və bu, indi də belədir. O cümlədən, dövlətlərarası münasibətlər yüksək səviyyədə qurulub. Bu gün Azərbaycan və Gürcüstan strateji tərəfdaşlardır.
Qanunvehedef.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.
O, qeyd edib ki,  Axar.azbu strateji tərəfdaşlığın inkişafı və genişləndirilməsi daim hər iki ölkənin rəhbərlərinin diqqət mərkəzində saxladıqları məsələdir:
“Bu baxımdan Gürcüstanın Prezidenti Mixail Kavelaşvilinin aprelin 16-da ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev vurğulayıb ki, Gürcüstan və Azərbaycanın birgə icra etdikləri layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün vacib önəm daşıyır. Məlumdur ki, ölkəmizin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit ölkə kimi çıxış edir. Bu da o deməkdir ki, Azərbaycan-Gürcüstan əlaqələri bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatı baxımdan mühüm əhəmiyyət kəsb edən amildir".
K.Qafarov Azərbaycan və Gürcüstan Prezidentlərinin mətbuata bəyanatla etdikləri çıxışlarında mühüm məqamların əks olunduğunu vurğulayaraq deyib:
“Qeyd etmək lazımdır ki, iki qonşu ölkə arasında möhkəm və etibarlı tərəfdaşlıq əlaqələrinin formalaşması üçün, ilk növbədə, bu ölkələr arasında heç bir qarşılıqlı ərazi iddiaları olmamalıdır. Gürcüstanın Prezidenti mətbuata verdiyi bəyanatında xüsusi qeyd etdi ki, Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü hər zaman qətiyyətlə dəstəkləyib. O cümlədən, cənab Prezident İlham Əliyev də Azərbaycanla Gürcüstan arasında mövcud olan siyasi əlaqələrin bütün qonşular üçün nümunə ola biləcəyini hər zaman öz çıxışlarında qeyd edib. Aprelin 16-da mətbuata bəyanatında isə dövlətimizin başçısı bir daha vurğuladı ki, bu gün Avropanın enerji təhlükəsizliyini Azərbaycansız və Gürcüstansız təsəvvür etmək mümkün deyil. Qeyd olundu ki, hazırda nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinerji yaradıb və bu marşrut Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib. Əminliklə demək olar ki, Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri bundan sonra da həm ölkələrimizin inkişafına və xalqlarımızın rifah yüksəlişinə, həm də Avropanın enerji təhlükəsizliyinə misilsiz töhfələr verəcəkdir”.

Qanunvehedef.azшаблоны для dle 11.2