Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sahil Babaye: valyuta ehtiyatlarımızla bağlı mühüm açıqlama

Baxılıb: 817     Tarix: 27-05-2025 09:54   

Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.
Maliyyə naziri bildirib ki, qlobal və regional müstəvidə cərəyan edən hadisələr fonunda Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 2024-cü il dövlət büdcəsində nəzərdə tutulan xərclər müsbət dinamika ilə icra edilib:
"Milli valyutanın sabitliyi qorunub. İqtisadiyyatın diversifikasiyanın sürətlənməsi nəticəsində ötən il qeyri-neft sektorunda artım müşahidə edilib. Cari ilin əvvəlində ölkənin valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib. Bizim makroiqtisadi göstəricilərimizə nəzər saldıqda həm sabitlik, həm ehtiyatlarımızın artması təmin edilib, eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması həyata keçirilib, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün alışlarla paralel ölkədə fiskal nizam qorunub".

Qanunvehedef.az 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar