Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Sahil Babayev: Bunun üçün böyük məbləğin ayrılmasını düşünmürük

Baxılıb: 843     Tarix: 27-05-2025 13:42   

Maliyyə Nazirliyi dövlət büdcəsindən proqnozlaşdırıla bilinməyən hadisələrə çox böyük məbləğin ayrılmasını düşünmür.
Qanunvehedef.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Deputatlar fövqəladə hallarla bağlı vəsaitin az olduğunu qeyd etdilər. Fövqəladə halların öncədən proqnozlaşdırılması çox məhduddur. Növbəti il ərzində büdcənin icrası zamanı icra edilməyən vəsaitin məbləğinin çox olmaması üçün xüsusi olaraq böyük məbləğ ayrılmır. Lakin istənilən fövqəladə hallarla bağlı tədbirlər zamanı həm dövlət büdcəsinin ehtiyat fondundan, həm də Azərbaycan Prezidentinin Ehtiyat Fondundan lazımı qədər, artıqlaması ilə vəsait ayrılır”, - o vurğulayıb.
Nazir qeyd edib ki, eyni zamanda bir qrup vəsait digər köməkçi bölmələrdən bu istiqamətə ayrıla bilir: “Biz proqnozlaşdırıla bilinməyən hadisə ilə çox böyük məbləğin ayrılmasını düşünmürük. İstənilən fövqəladə vəziyyətlə bağlı köməkçi bölmələrimiz və ehtiyat fondlarımız vasitəsilə ora vəsait ayıra bilirik”, - o vurğulayıb.

Qanunvehedef.az шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar