Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tom Barak: Azərbaycan qazının Suriyaya nəqlini maliyyələşdirdiyi üçün Qətərə təşəkkür etdi

Baxılıb: 921     Tarix: 01-08-2025 15:04   

ABŞ-nin Ankaradakı səfiri Tom Barak Azərbaycan təbii qazının Suriyaya nəql edilməsi layihəsini maliyyələşdirdiyinə görə Qətərə təşəkkür edib.
Qanunvehedef.az xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.
Barak vurğulayıb ki, avqustun 2-dən başlayaraq Türkiyə ərazisi vasitəsilə Suriyaya nəql ediləcək  Azərbaycan təbii qazı sayəsində 5 milyon evin ehtiyacını təmin etmək mümkün olacaq: “Bu, kritik anda vəziyyətin nizamlanması və sabitlik üçün vacib addımdır”.
Xatırladaq ki, avqustun 2-dən etibarən Suriya Azərbaycandan 3,4 milyon kubmetr qaz almağa başlayacaq. Azərbaycandan ixrac edilən qaz Kilis üzərindən Suriyaya ixrac olunacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar