Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Putin-Zelenski görüşü bu ölkələrdən birində ola bilər

Baxılıb: 695     Tarix: 21-08-2025 13:11   

Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş İsveçrə, Avstriya və yaxud Türkiyədə keçirilə bilər.
Qanunvehedef.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə V.Zelenski jurnalistlərə açıqlamasında danışıb.
“İsveçrə, Avstriya ilə razıyıq. Türkiyə isə bizim üçün NATO ölkəsi, eləcə də Avropanın bir hissəsidir və görüşün burada olmasına etiraz etmirik. Moskvada isə görüş ola bilməz”, - Ukrayna lideri qeyd edib.
Danışıqların Macarıstanda keçirilməsi ehtimalı barədə danışan Zelenski bildirib: “Bu, asan deyil. Səmimi desək, Budapeşt bizi dəstəkləməyib. Demirəm ki, Viktor Orbanın siyasəti Ukraynaya qarşı olub, lakin bu siyasət Ukraynaya dəstəyin əleyhinə olub”.
Xatırladaq ki, Ağ Ev artıq V.Putinlə V.Zelenski arasında görüşün hazırlıqlarına başlayıb. Vaşinqton Budapeşti bu görüş üçün əsas məkanlardan biri hesab edir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar