Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hacıyev brifinqdə danışdı, rejissor PA-ya çağırıldı

Baxılıb: 1 160     Tarix: 16-08-2020 11:09   
 
Hikmət müəllimin dediklərindən az öncə xəbər tutdum. Brifinqə baxa bilmirdim, səsyazma studiyasında idim.
Bunu Kult.az-a açıqlamasında aktyor-rejissor Ərtoğrul Kamalov deyib. Prezidentin köməkçisi Hikmət Hacıyevin Operativ Qərargahın brifinqində tərfilədiyi rejissor bildirib ki, bu barədə onu dostları məlumatlandırıb:
“Dostlarım mənə bu haqda məlumat verdilər. Sosial şəbəkələrdən – Feysbuk, İnstaqram üzərindən yazdılar. Hikmət Hacıyevə çox təşəkkür edirəm! Bundan əvvəlki brifinqdə Şahmar müəllim də fikirlərini bildirmişdi, təqdir etmişdi. Bu, təkcə mənə yox, hazırkı Prezident Adminstrasiyasının Azərbaycan gəncliyinə xoş münasibətidir”.
Ərtoğrul Kamalov Azərbaycan gəncliyinə də səslənib:
“Gənclərə deyirəm ki, gəlin dövlətimizin, Prezidentimizin, rəhbərimizin, onun köməkçilərinin yanında olaq. Söhbət neqativləri deməməkdən getmir. Mən zatən videolarımda neqativ halları göstərirdim. Sadəcə olaraq, hər şeyin bir qaydası, demək üsulu var. Satira Azərbaycan ədəbiyyatında xüsusi yeri olan, xalqımıza məxsus köklü bir janrdır. Cəmiyyətdə olan probelmləri çatdırırdım. Gördünüz ki, dövlət tərəfindən buna diqqət edildi. Dövlət öz qayğısını göstərdi”.
Aktyor bildirib ki, onu artıq Prezident Adminstrasiyasına dəvət ediblər:
“Məni adminstrasiyaya dəvət etdilər. Mən fəxrlə, sevə-sevə oraya gedəcəm, çox dərin təşəkkürümü bildirəcəyəm. Məni təqdir edənlər zamanı olmayan insanlardır, vaxtları yoxdur. Dövlətimizin, millətimizin gələcəyi ilə bağlı görülən işlərlə məşğuldurlar. Brifinq dövlət əhəmiyyətli tədbirdir. Orada mənim timsalımda Azərbaycan gəncliyinə diqqət ayırdılarsa, demək ki, bizə çox böyük dəyər verirlər. Mən sizin saytınız vasitəsi ilə Hikmət və Şahmar müəllimə, şəxsən cənab Prezidentə Azərbaycan gəncliyinə göstərdikləri qayğıya, bu videolarla bağlı mənə qarşı diqqətlərinə görə dərin təşəkkürümü bildirirəm”.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar