Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Prezident zəng etdi, Fərəh Əliyeva evinə getdi...

Baxılıb: 992     Tarix: 25-08-2020 11:35   

Dünən prezidentin tapşırığı ilə şöbə müdiri Fərəh xanım Əliyeva evimizə gəlmişdi. “İstiqlal” ordenini də şəxsən təqdim etdi.
Bunu Kult.az-a açıqlamasında xalq şairi Fikrət Qoca 85 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyevin ona telefon zəngindən və “İstiqlal” ordeni ilə təltif etməsindən danışarkən deyib. Xalq şairi yubileyinin keçirilməyəcəyini də bildirib:
“Yubileyimin keçirilməsi indiki dönəmdə nəyə lazımdır?! Xəstəlik baş alıb gedir. Camaat pandemiyadan əziyyət çəkir. Belə bir məqamda yubileydən danışmaq olmaz. Bu, mənim üçün ayıb olar. Bundan artıq dövlət mənə nə diqqət göstərməlidir?! Ən çətin zamanda unutmadılar”.
Yubilyar onu da vurğulayıb ki, ölkə rəhbərinin işinin həddən artıq çox olduğu bir vaxtda ona zəng etməsinə təəccüblənib:
“Cənab Prezidentin belə bir ağır vaxtda zəng etməsi, təbriklərini çatdırması məni təəccübləndirdi. Bilirəm ki, bu saat onun işi həddən artıq çoxdur. Ölkə başçısı telefon zəngində mənim yaradıcılığıma münasibətini bildirdi. Mən də cənab Prezidentə diqqətinə görə təşəkkür etdim. Ad günümdə göstərdiyi diqqət mənim üçün böyük dəyərdir.
Mən nə etmişəmsə, vicdan borcu bilib etmişəm. Dövlət də məni buna görə mükafatlandırır. Ölkə başçısının mənə olan diqqəti onun şəxsiyyətinin, təbiətinin genişliyini göstərir. O, yuxarıdan baxsa da, bütöv təbiətin içində tikanı da görür, gülü də, boynubükük bənövşəni də. Bu, xüsusi bir istedaddır. Hər adama qismət olmur. O, Ulu öndərin oğludur”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər