Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Gəncə İH Əhməd Cavadın xatirə lövhəsini axtarır

Baxılıb: 547     Tarix: 07-06-2021 11:25   
İstiqlal şairi Əhməd Cavadın Gəncə şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti ev 495 ünvanında yerləşən binanın fasadına vurulan xatirə lövhəsi 4 ildir yoxa çıxıb.
Bu barədə Qanunvehedef.az-a Əhməd Cavadın nəticəsi Cavad Axundzadə məlumat verib. Məlumatda bildirilir ki, şairin yaşadığı binaya vurulan xatirə lövhəsi 2017-ci ildə təmir zamanı götürülüb, bir daha yerinə qaytarılmayıb.
Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-in mətbuat katibi Vüsal Balayev açıqlamasında bildirib ki, icra başçısına bu barədə məruzə edilib:
“Rəhbərliyin tapşırığı ilə Əhməd Cavada məxsus lövhənin harda olması araşdırılır. Əvvəlki lövhə tapılmadığı təqdirdə yeni lövhənin hazırlanmasına başlanılacaq və yaxın zamanda həmin lövhə əvvəlki yerinə qoyulacaq”, - mətbuat katibi bildirib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar