Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xumar Qədimova Şuşaya mahnı həsr etdi - Audio

Baxılıb: 553     Tarix: 12-11-2021 11:01   

Əməkdar artist Xumar Qədimova “Şuşa” adlı yeni əsər ifa edib.
Qanunvehedef.az xəbər verir ki, mahnının sözləri Rəşad Məcidə, musiqisi Xumar Qədimovanın özünə məxsusdur.
X. Qədimova bildirib ki, ilk dəfə sənətə Şuşaya həsr etdiyi “İsa bulağı” mahnısı ilə gəlib:
“Ona görə də möhtəşəm zəfərdən sonra Şuşaya mahnı həsr etməyə bilməzdim. Əziz dostum Rəşad Məcid mənə bu şeiri oxuyanda çox xoşuma gəldi. İçdən, səmimi hisslərlə yazılmışdı. Qərara gəldim ki, şeirə musiqi bəstələyib ifa edim. Fikrimcə, bu bəstə Şuşaya həsr olunmuş mahnıların tacıdır. Mahnıda sevgi, həsrət, çoşqu, çağırış və qələbə var”.
X. Qədimova əlavə edib ki, sabah mahnının ictimaiyyət üçün geniş təqdimatı keçiriləcək.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar