Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Telekanal Kirkorovla erməni bloqerin bu görüntülərinə görə cərimələndi - Video

Baxılıb: 620     Tarix: 18-11-2021 14:37   

Moskvanın Basman Rayon Məhkəməsi Rusiyanın “Muz-TV” telekanalını yetkinlik yaşına çatmayanlar arasında “qeyri-ənənəvi cinsi münasibətlərin təbliği” maddəsi ilə bir milyon rubl məbləğində cərimələyib.
Qanunvehedef.az “BBC News”un Rusiya xidmətinə istinadən xəbər verir ki, buna səbəb “Muz-TV”də mükafatlandırılma mərasimi zamanı Rusiyanın Xalq artisti Filipp Kirkorov və əslən erməni olan rusiyalı bloqer Davanın (David Manukyan) cütlük kimi, tiktokçu Danya Miloxinin isə qadın geyimində efirə çıxması olub.
Məhkəmə, həmçinin “Muz-TV” telekanalının baş redaktoru Andrey Razıqrayevi 100 min rubl məbləğində cərimələyib.
Qeyd edək ki, Rusiyada yetkinlik yaşına çatmayanlar arasında “qeyri-ənənəvi seksual münasibətlər”in təbliğinə qadağa qoyulması haqqında qanun 2013-cü ildə qəbul edilib.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar