Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Bu, həyatımın ən çətin sınağı idi” - Emin

Baxılıb: 397     Tarix: 22-11-2021 13:14   

Xalq artisti Emin Ağalarov rusiyalı aparıcı Yuliya Baranovskayanın “Bıt çelovekom” (“Быть человеком”) layihəsinin qonağı olub.
Qanunvehedef.az xəbər verir ki, müğənni etiraf edib ki, demək olar, heç vaxt tək qala bilmir - onun həmişə insanlar arasında olmağa ehtiyacı var.

“İl yarım əvvəl koronavirus keçirdim və ilk dəfə on gün evdə qaldım. Bu, həyatımın ən çətin sınağı idi, çünki öyrəşməmişəm. Mən nəsə oxudum, hansısa seriallara baxdım, fortepianoda ifa etdim – bir gün ərzində evdə etmək mümkün olan hər şeyi etdim.
Sən oturmusan və düşünürsən: necə belə?
Niyə mən belə bacarmıram? İnsanlar var ki, əksinə, təklikdə qalmağı sevirlər”, - “Teleproqramma” nəşri Eminin sözlərini sitat gətirir.

Xalq artisti deyib ki, onun təklikdə qala biləcəyi rahatlıq zonası – avtomobilidir. Emin qeyd edib ki, hər zaman özü sükan arxasındadır, son illər mahnı da dinləmir, fikirləri ilə baş-başa qalmaq üçün sakitliyə üstünlük verir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar