Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əfsanəvi müğənni vəfat etdi

Baxılıb: 417     Tarix: 13-12-2021 11:35   

Əfsanəvi meksikalı müğənni, xalq mahnıları ifaçısı Visente Fernandes 81 yaşında dünyasını dəyişib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə onun instaqram hesabında məlumat verilib.
İfaçının ölüm səbəbi açıqlanmayıb. “Infobae” internet portalının məlumatına görə, o, avqust ayında yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilib. Dekabrın 1-də reanimasiyaya köçürülüb, dekabrın 9-da isə vəziyyəti pisləşib.
Qeyd edək ki, V. Fernandes 1960-cı ilin ortalarında məşhurluq qazanıb. Karyerası boyunca 100-dən çox albom yazdırıb və 70 milyondan çox plastinka satıb. O, 3 dəfə “Grammy”, 9 dəfə “Latin Grammy Awards”, həmçinin 14 dəfə “Lo Nuestro” mükafatına layiq görülüb. 1998-ci ildə Hollivuddakı “Şöhrət xiyabanı”nda ulduz alıb. Bundan əlavə, müğənni azı 30 filmdə rol alıb.
Videonu buradan izləyə bilərsiniz





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar