Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Axırda mənə dedilər ki, Aslanı basdırıblar” - Video

Baxılıb: 330     Tarix: 13-12-2021 14:36   

Mərhum müğənni Aslan Hüseynovun atası oğlunun vəfatından sonra ilk dəfə danışıb.
Qanunvehedef.az xəbər verir ki, “Elgizlə izlə” proqramına müsahibə verən ata oğlu ilə bağlı xatirələrini bölüşüb, onun vəfatından xəbərsiz olduğunu, yalnız torpağa tapşırılandan sonra məlumatlandırıldığını açıqlayıb:
“İki universitet bitirmişdi. Aslan çox yaxşı oğul idi. Gəldi ki, gedirəm Gəncəyə. Dedim ki, getmə, ana orada deyil. Getməyəcəm deyib, amma gecə durub gedib. Mən də xəstə idim, dedilər, Aslan qəza keçirib, Türkiyəyə aparıblar. Sən demə, onu dəfn belə ediblər. Hər gün deyirdim ki, Aslan haradadı, niyə zəng etmir. Axırda mənə dedilər ki, ata, Aslanı artıq basdırıblar”.
Oğlundan danışan ata göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, müğənni A.Hüseynov mayın 4-də yol qəzasında həyatını itirib.





Ən çox oxunanlar
{sape_links}{sape_article}