Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Hülya Avşarın Türkiyədəki böhranla bağlı açıqlaması tənqid olundu

Baxılıb: 394     Tarix: 24-12-2021 11:24   

Türkiyəli müğənni, aktrisa Hülya Avşarın ölkədə yaşanan iqtisadi böhranla bağlı açıqlaması müzakirəyə səbəb olub.
Qanunvehedef.az “Hürriyet”ə istinadən xəbər verir ki, onun iqtisadi böhran dövründə “Lazım gəlsə, simit yeyərik və bu çətin günləri adladarıq” sözləri tənqid olunub.
Ünvanına yazılanlardan sonra Avşar daha bir açıqlama verib: “Sakitləşdinizsə, sıra məndədir. O qədər danışdığımın içindən hamılıqla birlikdə bu günləri adladacağıq hissəsini deyil, “Simit”dən yapışanlar, heç biriniz vecimə deyilsiniz və sizi saymıram.
Mənim simit yemə məsələmə gəlincə, yeyərəm, ya da yemərəm, amma bildiyim bir şey var, özüm qazandım, heç də asan olmadı. Hələ də qazanıram. Bunun hesabını kiməsə vermədim, sizə heç verməyəcəyəm. Demək, sizin kimi düşünənlər başçımız olsa, nə demokratiya qalar, nə də söz azadlığı... Dediyim budur ki, lazım gəlsə, simit yeyəcəyik, amma bu günləri bərabər adladacağıq”.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar