Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Atam dedi ki, "arvadım sizin üçün qulluqçu deyil"" - 50 yaşını qeyd edən Faiq Ağayev

Baxılıb: 587     Tarix: 29-12-2021 11:59   

Bu gün Xalq artisti Faiq Ağayevin doğum günüdür. Sənətçi 50 yaşını qeyd edir.

Qanunvehedef.az BiG.AZ-a istinadən xəbər verir ki, Faiq MTV Azərbaycan kanalında yayımlanan "Üzə-düz" verilişində qonaq olub. O, veriliş zamanı dünyasını dəyişən atasından danışıb:

"10 ildir atamı itirmişəm. Ata kimi mənə nəyi öyrətməli idisə, artıqlaması ilə bunu etdi. Bir gün gəlib atama dedim ki, papa sən məni bağışla amma mən anamı səndən çox sevirəm. Dönüb mənə dedi ki, düz edirsən, biz səninlə eyni insanı sevirik. Mənim atam mənim "xalq artisti" fəxri adını almağımı da gördü. Tamaşaçı sevgisini də gördü. Hərdən dəhşətə gəlirəm ki, 10 il keçib. O dünyada görəndə maraqlanacam ki, siqaret çəkib, yoxsa atıb? Ona olmazdı siqaret çəkmək. Başqa sualım qalmayıb. Bir də deyəcəm ki, darıxmışam səninçün. Onun ən böyük əmanəti bizimçün anamdır. Anamı çox sevirdi. Dedi ki, mənim arvadım sizinçün qulluqçu deyil ki, mən dünyadan köçəndən sonra nə kimsə yaşamağa onun yanına köçür. Nə də onu öz yanınıza aparın. Görmək istəyirsinizsə, gəlin görün axşam saat 11-də gedin evinizə. Ona yük olmayın".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar