“Keçmiş ərimin xanımı ilə bacı kimiyik” - Video
Baxılıb: 727 Tarix: 30-12-2021 11:20
“Həyat yoldaşım dünyasını dəyişəndə elə bildim dünya uçub, altında qalmışam. İlahi, o nə hissdir...”
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “1 dəqiqə” verilişində keçmiş həyat yoldaşı haqda danışarkən deyib.
“Bilməzdim ki, onun üçün o qədər yanacağam. Deyirdim ki, ay Allah, bu halım keçəcək? Elə bilirdim ki, elə o halda qalacağam. Onu üçün o qədər yandım... İndi də yadıma düşəndə ağlayıram. Onu sevmişəm. Balalarımın atasıdır. Gözümü açıb onu görmüşəm”, - deyə müğənni əlavə edib.
İsgəndərli, həmçinin mərhum həyat yoldaşının ikinci xanımı ilə münasibətlərindən danışıb:
“İndi onun həyat yoldaşı ilə bacı kimiyik. Bir yerdə rəhmətlik yoldaşımın qəbri üstünə gedirik. Ona (mərhum həyat yoldaşını nəzərdə tutur-red.) nə aiddirsə, mənə əzizdir, doğmadır. Onun oğlu evimin ən əziz adamıdır. Onunla bir yerdə Moskvaya getmişdik. Bir də görürsən Kərimin (oğlu-red.) işi olur, mən onunla gedirəm. Bir otaqda yatırıq. Elə bilirəm ki, öz balamdır”.
Ən çox oxunanlar
Son xəbərlər