Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Şəhid yoldaşımı son nəfəsində görməyə qoymadılar” - Video

Baxılıb: 437     Tarix: 06-01-2022 10:25   

Əməkdar artist Gülüstan Əliyeva I Qarabağ müharibəsində şəhid olmuş həyat yoldaşı Zahid Əhmədovu son nəfəsində görə bilməyib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə o, “1 dəqiqə” verilişində danışıb: “Qaynatamgil qoymadı. Dedilər ki, gəlmə, vəziyyəti çox pisdir. İstəmir ki, sən onu o vəziyyətdə görəsən. Guya həyat yoldaşım deyib ki, gəlməsin, məni belə görməsin. Koridorda o yana, bu yana gedirdim. Fikirləşirdim ki, bəlkə imkan olar ki, orada kimsə olmaz, heç olmasa içəri girib görərəm. Mənə illər sonra dedilər ki, məni sayıqlayır, çağırırmış ki, sözüm var, Rüfəti (oğlunu-red.) ona tapşırım. Heç kəs məni çağırmadı. Çox təəssüf ki, onun son sözünü, son nəfəsini, istəyini eşidə bilmədim. Buna imkan olmadı”.
G.Əliyeva mərhum həyat yoldaşı ilə cəmi iki şəklinin olduğunu qeyd edib və ondan yadigar qalan oğlu Rüfətdən söz açıb: “Mənim bu həyatda qalmağımın səbəbkarı, məni ayaqda tutan, bu qədər güclü olmağa sövq edən, güclü göstərən, bu gün də mənim arxam, dayağım, sirdaşım, dostum – oğlumdur. O, kiçik olanda da həmişə dərdləşirdik. Balaca olsa da, mənə sirdaş idi”.  
Qeyd edək ki, ötən ilin sentyabrında G.Əliyeva şəhid həyat yoldaşı - Zahid Əhmədovun Cəbrayıl rayonundakı məzarını 30 ildən sonra ziyarət edə bilib.

шаблоны для dle 11.2