Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Həyat yoldaşımla intihar etmək qərarına gəldik”

Baxılıb: 169     Tarix: 16-01-2022 12:20   

Müğənni Cavad Rəcəbov vaxtilə həyat yoldaşı ilə birgə intihar fikrinə düşdüyünü açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, o, bu barədə ARB TV-də yayımlanan “Onun Sirri” verilişində qonaq olarkən danışıb.
“1975-ci ildə dostumla birgə bir ailəyə qonaq getmişdik. Orada indiki həyat yoldaşım Nuranə xanımı gördüm. Dostuma dedim ki, bu qıza vurulmuşam. Ondan telefon nömrələrini alıb zəng etdim. Danışmağa başladıq. Ailəsi xəbər tutdu. Onlar varlı ailə idi, mənsə toylarda nağara ifa edən biri. Mənə xəbər göndərdilər ki, sən hara, biz hara? Bu işdən əl çək, amma biz yolumuzdan dönmədik. Ard-arda hədələndim. Məni döydürdülər. Ölümlə hədələnirdim, hətta bir dəfə yük maşını ilə mənim idarə etdiyim avtomobilin üstünə sürdülər. Nuranə xanımla qərara gəldik ki, intihar edək. Gün də təyin etmişdik. Ailəsi bu planımızdan xəbər tutdu. Bizə xəbər göndərdilər ki, intihardan əl çəksinlər, biz fikirləşərik. Nəhayət 1981-ci ildə evləndik”, - deyə ifaçı bildirib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar