Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Şəklimi onlara göstərərək deyib ki, Yaşar Nuri bu qadını çox sevib”

Baxılıb: 168     Tarix: 25-01-2022 11:07   

“Onun həyatını dəyişdiyi an mən yanında olmadım”.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Yaşar Nuri haqda xatirələrini bölüşən həyat yoldaşı Rəhimə Nuriyeva “O üz” proqramında deyib.
Onun sözlərinə görə, 6 il ərzində sənətkarın xasiyyəti tamam dəyişmişdi: “Mən o zaman başa düşdüm ki, sevgi nədir. Xasiyyəti çox ağır idi. Nadir hallarda bizimlə zarafat edərdi. Qışqırmağı, kobud rəftarı da olub. İçəri girən kimi bütün ışıqları söndürüb, telefonu çıxarırdı. Kaş ki, arabada olardı amma sağ olardı, yanımda olardı. İşdən gəlirdi, zarafata deyirdi ki, səndən yaxşını tapmadım.Onun bir sözü var idi. Həyat kino kimidir, həmişə ən maraqlı yerində bitir. Mən də həyatımın ən maraqlı yerində Yaşarı itirdim”.
Yaşar Nurinin qızı Ülkər Yaşarqızı isə atası ilə bağlı bunları xatırlayıb:
“Atamın sözü olanda belə bizə deməzdi. Hər zaman anama deyərdi ki, bizə desin. 11-ci sinfi yeni bitirmişdim. Biraz dodaq boyası çəkmişdim. Qonaqlığa getmişdik. Atam elə orda mənə acıqlı baxdı. Üzünü çevirib anamın qulağına pıçıldadı. Anam gəldi mənə dedi ki, atan dünyanı dağıdır, get dodaq boyasını sil”.
Xalq artisti Firəngiz Mütəllimova da Yaşar Nuri haqda xatirələrini bölüşüb:
“Tamaşaçılar bizi bizdən xəbərsiz evləndirmişdilər. Artıq alışmışdıq bizə olan bu münasibətə. Sonuncu dəfə xəstə olanda Türkiyəyə onun yanına getdim. Gördüm ki, hamı gəlib qapıdan mənə baxıb, gedir. Mən də soruşdum ki, niyə baxırlar. Dedi ki, Rəhimə sənin şəklini onlara göstərib ki, bu qadını mənim ərim çox sevib”.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar