Mətanətin oğlu Ali Məhkəməyə müraciət edəcək - Video
Baxılıb: 215 Tarix: 27-01-2022 15:19
Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim Həmidov hər üç övladının ondan alınaraq anaları Cananaya (Aynur Həmidova) verildiyinə görə Ali Məhkəməyə müraciət edəcək.
Qanunvehedef.az” xəbər verir ki, bu barədə o, “Təsir dairəsi” verilişində deyib. Proqrama telefon bağlantısı ilə zəng edən K.Həmidov Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğunu deyib:
“Bu, tanışlıq məhkəməsi idi, təxirə salınmalıydı, gözləmirdim. Oğlum Tuncay stres keçirdi ki, biz danışmadıq. Hər zaman övladlarımın arxasındayam. Anaları yanında qalmaq istəyir, lap yaxşı. İndiyə kimi uşaqlara mən baxmışam. İndi elə bir şeyləri ortaya çıxartmaq məcburiyyətində qalmışam. O, müqəddəs ana rolunu oynayır. Uşaqlarım analarında olsa da onlara baxacağam. Heç olmasa məhkəmə düşünərdi ki, ataya haqsızlıqdır. Üçü də anaya verildi. Heç olmasa Tuncay mənə verilərdi, Ruhlan və Mətanət anaya verilərdi. Ali Məhkəməyə müraciət edəcəyəm. Orada nə qərar verilsə, xeyirlisi olsun. Uşaqlarım böyüyəndə onların yanında başım aşağı olmasın. Deməsinlər, ata kimi dalımıza düşmədin. Sona kimi onların arxasınca gedəcəyəm”.
Kərim ikinci dəfə ailə həyatı qurmadığını deyib: “Canana ilə nikahımız hələ pozulmayıb, necə evlənim? Ola bilər hazırlaşıram, ixtiyarım var. Amma evli deyiləm”. Canana isə nikahlarının ötən ayın 29-da rəsmən pozulduğunu deyib.
Ən çox oxunanlar
Son xəbərlər