Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“İkinci baharımı yaşayıram” - Tünzalə

Baxılıb: 367     Tarix: 04-02-2022 13:52   

Xalq artisti Tünzalə Ağayeva ikinci baharını yaşadığını etiraf edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə o, “Günün sədası” verilişinə müsahibəsində danışıb.
O, sevgiyə ehtiyacı olduğunu deyib: “Hər bir insanın nəyə ehtiyacı varsa, mənim də ona ehtiyacım var. Sevgiyə də ehtiyacım var. Qadın bir çiçəkdir, ağacdır. Onun hər zaman bəslənməyə ehtiyacı var. Bəhram Bağırzadə (Əməkdar artisti-red.) mənə deyir ki, sənə nə olub, aşiq olmusan? Deyirəm, hə...”.
Müğənni sevdiyi insanın kimliyini açıqlamayıb: “Mənim bunu söyləməməyə böyük haqqım var. Mənə görə desəm, heç nə dəyişməyəcək. Adını çəkməyəcəm. Hamının həyatında normal dəyərlərdir. İnsan öz ailə məqamlarını, münasibətini açıb göstərməyi və ya göstərməməyi özü seçir. Mənə belə rahatdı, istəməmişəm ailə mövzuları üzərində piarım getsin. "O, filankəsdir, adı, yaşı budur" deməmişəm. 20 ildir demədim, deməyəcəyəm də... Şəxsi həyatımda xoşbəxtəm. İkinci baharımı yaşayıram".
Qeyd edək ki, T.Ağayeva bir dəfə ailəli olub, bir qız övladı var. 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar