Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiya “Avroviziya”da çıxış edəcək? - Açıqlama

Baxılıb: 285     Tarix: 25-02-2022 13:16   

Xəbər verdiyimiz kimi, Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin İdarə Heyətinin sədri Mikola Çernotitski Avropa Yayım Birliyinə (EBU) məktub göndərib. Məktubda Ukraynanın EBU-dan Rusiyanın “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində iştirakını qadağan etməsi haqda xahişi yer alıb.
Qanunvehedef.az “The Huffington Post”a istinadən xəbər verir ki, müsabiqə təşkilatçıları sözügedən məktuba cavab verib.
Onlar Rusiyanın “Avroviziya-2022”də iştirak edəcəyini qeyd edib, müsabiqənin millətləri birləşdirən və müxtəlifliyi musiqi vasitəsilə təbliğ edən qeyri-siyasi, mədəni hadisə olduğunu vurğulayıblar.
“Həm Rusiya, həm də Ukraynada ictimai yayımçılar Turindəki müsabiqədə iştirak etməyi öhdələrinə götürüblər və biz hazırda hər iki ölkədən olan artistləri may ayında çıxış etmələri üçün bura dəvət etməyi planlaşdırırıq”, - təşkilatçıların bəyanatında deyilir.
Qeyd edək ki, Ukraynanı İtaliyada keçiriləcək müsabiqədə “Kalush Orchestra” kollektivi “Stefania” mahnısı ilə təmsil edəcək. Rusiyanın “Avroviziya-2022” təmsilçisi isə hələlik açıqlanmayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar