Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məşhur caz ifaçıları Heydər Əliyev Mərkəzində çıxış edəcək

Baxılıb: 559     Tarix: 05-09-2022 16:42   

Sentyabrın 30-da Heydər Əliyev Mərkəzində 17-ci Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində caz ulduzları Melvin Trevis (Melvin Travis) və Mina Aqossinin (Mina Agossi) konserti keçiriləcək.
Qanunvehedef.az xəbər verir ki, həmin gün cazsevərləri heyrətamiz ifa, ecazkar ritm və inanılmaz enerji gözləyir.
Musiqi aləmində Mister Melvin kimi tanınan fransalı cazmen Melvin Trevis öz bənzərsiz ifası ilə caz auditoriayasının ürəyini fəth edib. Parisdə “Black Music School”da təhsil alan Melvin Trevis Mişel Hendriks (Michele Hendricks),  Derek Martin (Derek Martin), Cin Karpenter (Jean Carpenter) kimi məşhur caz ifaçıları ilə bir səhnədə çıxış edib. O, caz, soul, fank və bluz janrlarına müraciət edərək fərqli bir ifa yaradır. Melvin Trevis eyni zamanda gözəl bəstəkar, yazıçı və vokal müəllimidir.
Fransız cazının digər görkəmli nümayəndəsi Mina Aqossi Fransada, Mərakeş və Nigeriyada təhsil aldıqdan sonra, ABŞ və İspaniyada yaşayıb və çalışıb. Bir çox ölkələrin musiqi mədəniyyətini mənimsəyərək yaradıcılığında birləşdirməyi bacarıb və tez bir zamanda caz aləmində şöhrət qazanıb. Onun repertuarında hip-hop, bluz, caz və hətta rok yer alıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar