Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Heydər Əliyev Fondunun dəstəyi ilə İkinci Üzüm və Şərab Festivalı keçiriləcək

Baxılıb: 463     Tarix: 08-09-2022 10:45   

Oktyabrın 1-2-də Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək.
Qanunvehedef.az xəbər verir ki, Festival Heydər Əliyev Fondunun dəstəyi, Dövlət Turizm Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində olacaq.
Artıq ikinci dəfədir ki, təşkil edilən festivalın məqsədi Azərbaycanda üzümçülük ənənələrinin genişləndirilməsi, yerli üzümçülük və şərab istehsalının inkişafına dəstək olmaq, şərab məhsullarının ixrac potensialının artırılması, turizm imkanlarının şaxələndirilməsidir.  Festivalın proqramına üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı maarifləndirici tədbirlərin təşkili, konsert və şoular daxildir.
İki gün ərzində layihənin keçiriləcəyi məkanda fermerlər məhsullarını təqdim edəcək, dequstasiya pavilyonları qurulacaq, qastronomik, piknik və əyləncə zonaları fəaliyyət göstərəcək, tanınmış yerli və xarici müğənnilərin ifasında konsert proqramları, üzüm və şərabçılıqla bağlı səhnələşdirilmiş şoular, instalyasiyalar nümayiş olunacaq.
Üzüm və Şərab Festivalına Şamaxının ev sahibliyi etməsi heç də təsadüfi deyil. Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də üzümçülük diyarı kimi tanınır. Azərbaycanı dünyaya tanıdan üzüm sortları məhz Şamaxıda xalq seleksiya yolu ilə ərsəyə gəlib.
Azərbaycanda üzümçülüyün inkişafı isə bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Vaxtilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi sayəsində ölkəmizdə üzümçülük sürətlə inkişaf etmişdir. Bu gün Azərbaycanda üzümçülük yenidən inkişaf etdirilməkdədir. Dövlətin həyata keçirdiyi siyasətə daima dəstəyini nümayiş etdirən Heydər Əliyev Fondu da üzümçülük sahəsində qədim və zəngin ənənələrə malik Şamaxıda Üzüm və Şərab Festivalını təşkil edərək bu sahəyə öz töhfəsini verir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar