Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Səfərbərlik Xidmətinin binası ilə bağlı hərəkətə keçildi

Baxılıb: 549     Tarix: 05-10-2022 10:28   

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Səbail rayonunda yerləşən binasının fasadında etdiyi qeyri-qanuni müdaxilələrlə bağlı xəbərdarlıq edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Qanunvehedef.az-ın məlumatına görə, bu gün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Nuridə Allahyarova feysbukda bildirib ki, artıq qanunvericiliyin tələblərinə uyğun şəkildə həmin layihəyə mütəxəssislər tərəfindən baxılaraq rəy verilməsi işinə başlanılıb:
“Dünən məlumat vermişdim ki, Səbail rayonu, Neftçilər prospekti 51 ünvanında yerləşən tarix-memarlıq abidəsi olan binada qanunvericiliyin tələbləri gözlənilmədən təmir-bərpa işləri aparılır.
“Tarix-mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq edilən xəbərdarlıqdan sonra həmin binada yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tarixi tikilidə aparılacaq təmir-bərpa işlərinin layihəsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırılması üçün təqdim olunub”.


 шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar