Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bu muzeydə “Açıq qapı” günləri olacaq

Baxılıb: 771     Tarix: 10-10-2022 15:08   

Azərbaycan Milli İncəsənət Muzeyinin və UNICEF Azərbaycanın birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün iqlim fəaliyyətinə dair xüsusi hazırlanmış “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” sərgisi çərçivəsində 9 - 30 oktyabr 2022-ci il tarixlərində “Açıq qapı” günləri elan edilir.
Mədəniyyət Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, sərgi layihəsi gənc nəslə, uşaq və yeniyetmələrə faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişiklikləri, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirici xarakter daşıyır. Sərgidə Layen Haykensin şəxsi kolleksiyasından hazırki iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlılar, hippopotamları əks etdirən eksponatlar nümayiş etdirilir.
Sərgi həmçinin bu ilin iyun ayında başlayan və 2030-cu ilə qədər davam edəcək, ekosistemlər dünyasının deqradasiyasının qarşısını almaq, dayandırmaq və geri qaytarmaq üçün fəaliyyətə səsləyən BMT-nin Ekosistemin Bərpası üzrə Onillik proqramının bir hissəsidir.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar