Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

"Netflix"in filmində "Alov qüllələri" və Azərbaycan bayrağı - VİDEO

Baxılıb: 564     Tarix: 31-10-2022 10:23   

"Yadınızdadırsa, 2021-ci ildə "Netflix" platforması ilə əməkdaşlıq nəticəsində ABŞ istehsalı olan blokbasterin çəkilişlərinin bir hissəsinin Bakıda aparılması barədə məlumat vermişdik. Nəhayət, həmin layihənin adını açıqlaya bilərik - "The Gray Man" (Russo qardaşlarının filmidir, baş rollarda Ryan Goslinq və Kris Evans oynayır). Birinci kadrda arxa fondakı "Alov qüllələri"dir, ikinci kadrdakı məkan əslində Praqa şəhərində yerləşən Vitkovdakı Milli Abidənin ətrafı olsa da, kənarlardakı bayraqlara diqqətlə baxın".
Bu sözləri Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin rəhbəri, rejissor Rüfət Həsənov öz feysbuk hesabında yazıb.
O bildirib ki, filmin personajlarından biri də azərbaycanlıdır.
Qeyd edək ki, Azərbaycan Film Komissiyasının ("Filming Azerbaijan") direktoru İlkin Məhəmmədli saytımıza müsahibəsində "The Gray man" filminin bir epizodunun Bakıda çəkildiyini, "Filming Azerbaijan"nın "Neftlix" platforması ilə birgə işbirliyinin nəticəsində ərsəyə gəldiyini açıqlamışdı./Publika



Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar