Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Bakıya gələndə başqa cür nəfəs almağa başlayıram”

Baxılıb: 843     Tarix: 29-11-2022 14:12   

Rusiyanın Xalq artisti Emmanuil Vitorqan “Baku” jurnalına müsahibə verib.
Qanunvehedef.az xəbər verir ki, 82 yaşlı sənətkar doğulduğu Bakı şəhəri haqda bunları deyib:
“Mən dünyaya gətirildiyim şəhər haqda nə deyə bilərəm... Orada az yaşadım, cəmi üç il. Həmin şəhəri, təbii ki, xatırlamıram...”.
Vitorqan bildirib ki, Bakıya hər zaman doğma hissi olub: “Əvvəlcə bunu hiss etmirdim, amma bu gün mənə elə gəlir ki, elə bil bütün ömrümü Bakıda yaşamışam. Və hər səfərimizdə biz xanımımla böyük zövq alırıq – ünsiyyətdən, təmizlikdən, binalar və yollardan”.
Xalq artistinin sözlərinə görə, o, keçmiş SSRİ-nin, demək olar, bütün şəhərlərində olub, amma Bakı kimisini görməyib: “Bir sözlə, bu gün Bakı mənim üçün Vətəndir. Böyük danışdığıma görə bağışlayın. Mən Bakıya gəlirəm və başqa cür nəfəs almağa başlayıram”.
Qeyd edək ki, E. Vitorqan 1939-cu il dekabrın 27-də Bakıda anadan olub. Xalq artisti ailəlidir, 4 övladı var.






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar