Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

CƏNAB PREZİDENT!

Baxılıb: 835     Tarix: 29-12-2022 10:57   
 
Qalib Azərbaycanın qalib oğlusan,
Dəyərli liderim, cənab Prezident!
Heydər yadigarı, Türkün oğlusan,
Qarşında diz çökür düşman ordusu!
 
Qoca nənə, baba duasın alan,
Körpə fidanlara gələcək quran,
Gənclər də Sizinlə fəxr edir hər an,
Dəyərli liderim, cənab Prezident!
 
Xalqla birləşərək tək yumruq olduz,
Siyasət yoluyla Siz tarix yazdız,
Əbədi dastandır bu qəhramanlıq,
Fəxrimizsən bizim, cənab Prezident!
 
Dostluqda vəfalı qardaş olublar,
Heydər babamızla Atatürk dədə.
İndi də o yolun davamçıları
İlhamla Ərdoğan qardaşlığıdı!
 
Yaralı dərdlərə məlhəm olmusuz,
Qarabağ elinə qayıtmaq üçün...
Müzəffər bir ordu qurub - yaratdız,
Yeni nəslin igid övladlarından!
 
Salam olsun Sizə, cənab Prezident!
Yurdun hər elindən, hər diyarından,
Ömür yolunuzda cüt addımladız
Birinci xanımla çiyin-çiyinə!
 
Bir tablo rəsminə baxıb keçirəm,
Qürurla adların belə çəkirəm:
Leyla, Arzu, bir də Heydər balamız
Sizlərin bu xalqa əmanətidir!

 
Qələmə aldı: MƏMMƏDOVA TÜRKAN İMAMƏLİ QIZI



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar