Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Məşhur cütlük boşanır?

Baxılıb: 395     Tarix: 09-01-2023 11:38   

Türkiyə şou-biznesində xoşbəxt və nümunəvi cütlük kimi tanınan aktrisa Ceyda Düvenci və aktyor Bülent Şakrakın ayrılmaları barədə iddialar yayılıb.
Qanunvehedef.az Türkiyə mediasına istinadən xəbər verir ki, 8 il əvvəl nikah masasına oturan cütlüyün boşanacağı ilə bağlı gəzən söz-söhbət sevənlərini üzüb.
 Ayrılma iddiasının ortaya atılmasına isə onların uzun müddətdir birlikdə görüntülənməmələri səbəb olub. Belə ki, sosial şəbəkə hesabında tez-tez birgə fotolarını paylaşan və şərhlərdə bir-birilərinə romantik sözlər yazan cütlüyün təxminən bir aydır məsafəli olması yayılan söz-söhbəti daha da gücləndirib.
Tərəflər iddialarla bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, bu, Ceyda Düvencinin ikinci evliliyidir. O, 2008-2013-cü illərdə iş adamı Engin Akgünlə ailəli olub, cütlüyün bu nikahdan Melisa Nur adlı qızları dünyaya gəlib.
Aktrisa B. Şakrakla isə 2015-ci ildə ailə qurub, Okan Ali adında oğulları var.




шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar