Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Teatrdan çıxdım, alverə başladım” - Xalq artisti

Baxılıb: 464     Tarix: 16-01-2023 11:16   

“Elə məqamlar olub ki, aktyor olmağıma peşman olmuşam, hətta sənətdən küsüb getmişəm də...”
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Xalq artisti Qurban İsmayılov “Düzünə qalsa...” verilişində deyib.
Aktyor başına gələn əhvalatı danışıb: “Teatrdan çıxdım. Dedim ki, alver etmək istəyirəm. Ukraynada yaşayan qohumuma zəng etdim ki, nə lazımdır? Dedi, gör konyak varsa, al gətir. O da qadağan olunmuşdu axı. Risk etdim, 40 konyak alıb getdim. Sən demə, qatara bileti səhv almışam. Sonra öz qatarıma keçdim, onda da yatıb qaldım. Konyaklar ucuz qiymətə satıldı. Sonra o pula uşaq kalqotqaları aldım ki, satım. Heç o da satılmadı, pul çıxmadı”
Q. İsmayılov bu həyatda ən çox əlacsızlıqdan qorxduğunu bildirib: “Pis şeydi. Kiməsə ağız açmaq olar, ayıb deyil ki. Amma bir də var ki, əlacsızsan. Ağız açmağa da adam yoxdu. Hər yerdən ümidin qırılıb, çox pis şeydir bu!”шаблоны для dle 11.2