Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Oskar" mükafatına namizədlər açıqlandı

Baxılıb: 369     Tarix: 25-01-2023 12:12   

ABŞ Kino Sənəti və Elmləri Akademiyası "Oskar" mükafatına namizədləri elan edib.
Nominasiyaların sayında lider 11 mükafata iddialı "Hər şey hər yerdə və dərhal" filmi olub.
"Ən yaxşı film" nominasiyası üzrə "Qərb cəbhəsində dəyişiklik yoxdur", "Avatar: Su yolu", "İnişerin banşiləri", "Elvis", "Hər şey hər yerdə və dərhal", "Fabelmanlar", "Tar", "Top Qan: Meverik", "Kədər üçbucağı", "Qadınlar deyir" ekran əsərləri irəli sürülüb.
"Ən yaxşı rejjissor" adı uğrunda Martin MakDona ("İnişerin banşiləri"), Den Kvan və Deniel Şaynert ("Hər şey hər yerdə və dərhal"), Stiven Spilberq ("Fabelmanlar"), Todd Fild ("Tar") və Ruben Estlund ("Kədər üçbucağı") mübarizə aparacaqlar.
Ostin Batler ("Elvis"), Kolin Farrell ("İnişerin banşiləri"), Brendan Freyzer ("Balina"), Pol Meskal ("Mənim Günəşim"), Bill Nayi ("Yaşamaq") 2022-ci ilin ən yaxşı aktyoru, Keyt Blanşett ("Tar"), Ana de Armas ("Sarışın"), Andrea Raysboro ("Leslinin xatirinə"), Mişel Uilyams ("Fabelmanlar"), Mişel Yeo ("Hər şey hər yerdə və dərhal") isə ötən ilin ən yaxşı aktrisası ola bilərlər.
Maraqlıdır ki, "Ən yaxşı sənədli film" nominasiyasında namizədlər siyahısına Daniel Roerin rusiyalı müxalifət lideri Aleksey Navalnı haqqında "HBO Max" və "CNN Films" üçün çəkdiyi "Navalnı" filmi daxil edilib.
Qaliblər martın 12-də Los Ancelesdəki "Dolby Cinema"da keçiriləcək 95-ci "Oskar" mərasimi zamanı elan olunacaq. Mükafat üçüncü dəfə amerikalı komediyaçı və teleaparıcı Cimmi Kimmel tərəfindən veriləcək./Oxu.az

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər