Xəbər lenti
28/12/2024 [11:09]
Yaponiyada zəlzələ oldu
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Qaraca qız"ın Xədicəsi illər sonra - VİDEO

Baxılıb: 507     Tarix: 27-01-2023 09:45   

"Çox tanıyırlar məni. Deyir ki, bilirsən bu kimdir?. "Qaraca qız"da Ağaca xanım, bəyin qızı".
BiG.AZ xəbər verir ki, bu sözləri "ATV Səhər" proqramına açıqlamasında "Ağca qız" kimi məşhurlaşan aktrisa Leyli Axundova deyib.
O bildirib ki, "Qaraca qız" filmini hələ də sonadək izləyə bilməyib. Səbəbi isə uşaqlığı ilə bağlı xatirələridir:
"Mən öz kinoma baxmıram. Baxanda ağlayıram. Ata və anamın tək uşağı idim. Mən biraz gec olmuşam. Mənim üstümdə hamısı əsirdi. Özü də kinoya çəkilmək çox çətindir".
Aktrisa bildirib ki, kinonun yarısını kəsib 45 dəqiqə ediblər:
"Kinonun yarısını kəsiblər. Bu, diplom işi idi. Ona çox pul xərcləndi. Şamil müəllimi dilə saldılar, elədilər novella. Bütün qaraçılar Moskvadan gəlmişdi. Ayını belə Moskvadan gətirmişdilər. Bir saat iyirmi dəqiqə kino getməli idi, kinonu elədilər 45 dəqiqə".
L.Axundova deyib ki, ilanla bağlı olan səhnələrdən imtina etmək istəsə də, bu alınmayıb:
"Mən ilandan qorxmuşdum. Qızdırmam qalxmışdı. İlanlar da qaçdılar. Hər ilana 70 rubl vermişdilər. Anama da dedilər ki, sən otur kinoya bax, ancaq biz Leylini aparırıq. Şamil müəllim mənə dedi ki, sənin ətəyini açıb ilanı ora salacayıq. İlanlar ki, dilini çıxardılar bunları görüb adam nə olar? Mənə dedilər ki, sən qorxma. Amma mən ayıq uşaq idim".
O, müasir dövrdə uşaq filmlərinin çəkilməməsindən gileylənib:
"Bu nə biabırçılıqdır? Bu nəsil böyüyür və filmlər çəkilməlidir ki, onlar bilsin nə yaxşıdır, nə pis. Göstərsinlər ki, narkomaniya pis bir şeydir, uşaqlar da görsünlər ki, bir-birinə nifrət etmək pis şeydir".



Qanunvehedef.azшаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar