Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Bayrağımızı Zəngəzurdan asacağıq!" - Azərin

Baxılıb: 594     Tarix: 14-06-2023 11:55   

Xəbər verdiyimiz kimi, Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizə səfər etmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə təşkil olunmuş dövlət ziyafətində Xalq artisti Azərin "Çırpınırdı Qara dəniz" mahnısını səsləndirib.
Axşam.az xəbər verir ki, ifaçı sosial media hesabında tədbirlə bağlı təəssüratlarını bölüşüb.
"Bütün şəhidlərimizi rəhmətlə yad edirəm. Bayrağımız, torpağımız, gələcəyimiz uğrunda canından keçənlərə borcumuz var. Uğrunda canından keçdikləri əmanətlərə, birlik-bərabərliyə sahib çıxacağıq. Bayrağımızı Zəngəzurdan asacağıq! Yaşasın, Azərbaycan, Türkiyə!" deyə, Azərin paylaşımında yazıb.
Qeyd edək ki, müğənni mahnının sözlərini dəyişərək "Qafqazlardan aşmışıq biz, türklüyə şan qatmışıq biz. Azərbaycan bayrağını Qarabağdan asmışıq biz. Türkün şanlı bayrağını Qarabağda asmışıq biz" formasında oxuyub. Onun ifası Azərbaycan və Türkiyə liderləri tərəfindən ayaq üstə alqışlanıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar