Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Namiq Qaraçuxurlu 14 il sonra konsert verdi

Baxılıb: 495     Tarix: 17-07-2023 12:20   

Namiq Qaraçuxurlu 14 ildən sonra ilk dəfə konsert verib. Yaşıl Teatrda səhnəyə çıxan sənətçi öncə media nümayəndələrinin suallarını cavablandırıb.
Qanunvehedef.az verir ki, həyəcanlı olduğunu söyləyən Qaraçuxurlu bundan sonra davamlı konsert verəcəyini bildirib.
O, öncə bu səhnə üçün yeni mahnılar səsləndirəcəyini nəzərdə tutsa da, sonradan fikrindən daşındığını söyləyib.
Media mənsubları ilə görüşdən sonra hazırlanıb səhnəyə çıxan Namiq ard-arda canlı ifalarla hitlərini səsləndirib.
Konsert zamanı kövrək anlar da yaşanıb. Füzuli döyüşləri zamanı həlak olan şəhid Elşən Musayevin qızı Ayşən səhnəyə çıxaraq sənətçiyə tədbirə dəvət etdiyi üçün təşəkkür edib. Atasının hər zaman Qaraçuxurluya qulaq asdığını bildirib.
Namiq bildirib ki, gələn qonaqların çoxunu tanıyır, onları illər ərzində konsertlərində gördüyünü söyləyib.
Konsert üzərində 40-dan çox komanda üzvü çalışıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar