"Uşaqlarımı mənə qarşı "silah" kimi istifadə edir" - QALMAQALLI AÇIQLAMA
Baxılıb: 379 Tarix: 24-07-2023 13:19
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu keçmiş həyat yoldaşından danışıb.
Sənətçi bu barədə "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, ilk evliliyindən olan övladları ilə görüşmür:
"Onlar ailəlikcə Bakıdan Türkiyəyə köçüblər. Böyük qızım orada təhsil alır. Bu ildən kiçik qızım da orada birinci sinfə gedəcək. Sosial şəbəkə hesabımda paylaşdığım qızlarımın fotoları köhnədir. Böyük qızımın 14 yaşı olacaq. Onlarla heç virtual olaraq sosial şəbəkələrdə belə ünsiyyətim yoxdur. Onlar üçün çox darıxıram.
Buradan bütün ailələrə və xüsusilə boşanan ailələrə müraciət edirəm ki, uşaqdan "silah" kimi istifadə etməyin. Çünki qohum-əqrəbamda elə bir insan yoxdur ki, övladına mənim qədər nələrsə etsin. Uşaqlarıma nə etmişəmsə, min dəfə halal xoşları olsun. Bundan sonra etməyə belə hazıram.
Çox istəyirdim ki, ayrılsaq da, bizim normal ünsiyyətimiz olsun. Ayrılandan sonra münasibətlər yaxşı ola bilməzdi, çünki yaxşı deyildi. Amma elə məsələlər var ki, heç yaxşı olmasını özüm istəmirdim. Sosial şəbəkələrdə bu kimi hadisələri izləyicilər çox qınayırlar. Hərəsi bir şey yazır. Bir dəfə yazdım ki, bəlkə, siz doğruları bilsəniz, mənə heykəl qoyarsınız. Gördüm ki, o qınaqlar səngidi. Elə şeylər var ki, onları danışmaq olmaz. Olmazlar var... Çünki biz ən azından kişiyik".
Qeyd edək ki, H.Məhəmmədoğlu birinci xanımı İncidən bir neçə il əvvəl ayrılıb. Cütlüyün iki qız övladı var. Musiqiçi daha sonra ikinci dəfə aktrisa və müğənni Aysel İbrahimova ilə ailə qurub. Onların bu nikahdan ötən il Muhammed adlı oğlan övladı dünyaya gəlib./BAKU.WS
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər